Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır”

“Peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır” Gündəm

“Peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır”

“Peşə təhsili konkret spesifik, dar bir sahəyə - peşəyə yönəlmiş bilik və bacarıqlar qazandıraraq gənclərin əmək bazarına daha tez və effektiv daxil olmasına şərait yaradır. Aşağı əmək bazarında - yəni xidmət, iaşə, müxtəlif istehsal sahələrində işəgötürənlər praktiki biliklərə malik kadrlara daha çox üstünlük verdiyindən peşə təhsili məzunları rəqabətə daha davamlı olurlar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında təhsil üzrə ekspert Cahid İmanlı söyləyib.

C.İmanlı əlavə edib ki, lakin cəmiyyətdə bəzən peşə təhsili zəif alternativ kimi qəbul olunur: “Bu stereotiplər gənclərin və valideynlərin seçimlərinə mənfi təsir göstərir. Son illər sosial media, televiziya kampaniyaları və nümunəvi məzunların hekayələri vasitəsilə bu fikirlərin dəyişdirilməsi üçün maarifləndirmə aparılır. Lakin hələ də peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır. Abituriyentlər seçim zamanı yüksək texniki peşə ixtisaslarına daha çox üstünlük verirlər və bunun da səbəbi subbakalavr dərəcəsi alıb universitetə keçid etmək istəmələridir. Göründüyü kimi burada da peşə təhsili istəkdən yox, məcburiyyətdən seçilir. Digər tərəfdən bir çox peşə məktəblərinin, xüsusilə bölgələrdə mövcud peşə məktəblərinin keyfiyyəti - maddi tədris və pedaqoji bazası zəif olduğundan "peşə məktəbi imicinə" ciddi mənfi təsir edir”.

Ekspert bildirib ki, hazırda peşə təhsilində Dual təhsil modeli (təhsil və iş yerlərində paralel təcrübə), modul əsaslı kurikulumlar, simulyasiya laboratoriyaları və real müəssisələrlə əməkdaşlıq çərçivəsində təlimlər tətbiq olunur: “Bu, tələbələrin iş mühitinə adaptasiyasını və peşə vərdişlərini artırır. Amma qeyd edim ki, bu yeniliklər tətbiq edilən peşə ixtisaslarının ödənişi 2000- 5000 manata arası dəyişir. Bu da həmin ixtisaslarda təhsilin aşağı sosial təbəqələr üçün əlçatanlığını sual altına qoyur. Halbuki, peşə təhsili elə məhz ilk növbədə bu təbəqənin ehtiyac və maraqlarına uyğun olmalıdır”.

Röya İsrafilova