

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“ABŞ-də keçirilən üçtərəfli görüşdə Azərbaycan şərtlərinin əksini tapdığı sülhü əldə etməyi bacardı. Bu, həm Ermənistan-Azərbaycan münasibətləri tarixində, həm də bütövlükdə regionumuzun tarixində mühüm bir hadisədir. Ona görə mühüm hadisədir ki, sülh regiona həm də uzunmüddətli sabitlik və iqtisadi inkişaf gətirəcək, eyni zamanda, son 200 ildə regionumuzu təhdid edən güc mərkəzlərinin sülhə və regional təhlükəsizliyə müdaxiləsini məhdudlaşdıracaq. Bu, özü özlüyündə ayrıca bir tarixi hadisədir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
H.Babaoğlu deyib ki, məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər kontekstində yeni bir era başlamış oldu: “İmzalanmış Memorandumda strateji tərəfdaşlığın əsaslarının yaradılması və hədəflərin müəyyənləşməsi ilə bağlı xüsusi komissiya yaradıldı. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində gücünü artıran hadisələrdir. Regiona uzunmüddətli sülh vəd edən hadisələrdir və ən nəhayət sonsuz sayda əleyhidarları olmasına baxmayaraq Zəngəzur dəhlizinin açılması ayrıca bir hadisədir. Xüsusən regional aktorların istismar etməyə çalışdıqları, 5 ildir qırmızı xətt elan etdikləri regionda yeni müharibələrin belə başlamasına səbəbiyyət verəcək dəhlizin açılması və Azərbaycanın istədiyi hüquqi rejimdə açılması çox mühüm tarixi hadisədir. İmzalanmış üçtərəfli bəyanatda da qeyd olunduğu kimi Azərbaycandan Naxçıvana maneəsiz keçid təmin olunacaq. Bu, Azərbaycanın siyasi iradəsinin təntənəsidir, böyük zəfəridir”.
Röya İsrafilova