AK Ukraynaya 4,36 milyard avro yardım köçürüb Dünya

AK Ukraynaya 4,36 milyard avro yardım köçürüb

Avropa Komissiyası 2026 və 2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində Kiyevə 4,36 milyard avro köçürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, bu tranşa 3,7 milyard avro məbləğində büdcə makromaliyyə yardımı və "pilotsuz uçuş aparatları, zərbə raketləri, radarlar, radioelektron mübarizə (REM) vasitələri və HHM üçün sursatlar" daxil olmaqla, hərbi təchizat üçün nəzərdə tutulmuş 658 milyon avro daxildir.

Məryəm Quliyeva