14:47
469
Fransada etirazçılar 81 liseyi - ölkə üzrə bu növ təhsil müəssisələrinin ümumi sayının təxminən 2,2%-ni bloklayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı respublikanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
"Saat 10:00-a olan məlumata görə, hakimiyyətin verdiyi xəbərə əsasən, təhsil müəssisələrinin ümumi sayının 2,2%-i, yəni cəmi 81 lisey bloklanıb. Departamentlərin 84%-də heç bir bloklama halı qeydə alınmayıb", - deyə telekanalın efirində bildirilib.
Öz növbəsində "Union Syndicale Lycéenne" (Lisey Şagirdləri Həmkarlar İttifaqı) yuxarı sinif şagirdləri assosiasiyasının nümayəndələri ölkə üzrə 1 mindən çox liseyin fəaliyyətini dayandırdığını iddia edirlər.
Noyabrın 5-də Fransada həmkarlar ittifaqlarının kütləvi tətili keçirilir. Onlar əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edirlər. Həmkarlar ittifaqlarının kütləvi nümayişlərinə sentyabrın sonundan bəri etiraz aksiyalarını davam etdirən tələbə və yuxarı sinif şagirdləri assosiasiyaları da qoşulub. Onlar Fransa Təhsil Nazirliyindən bəzi məktəblərdə müəyyən fənlər üzrə müəllim çatışmazlığı ilə bağlı vəziyyəti düzəltməyi tələb edir, həmçinin təhsil müəssisələrinin bərbad vəziyyətindən və həddindən artıq sıx dərs cədvəlindən şikayətlənirlər. Hakimiyyətin qiymətləndirmələrinə görə, ölkə üzrə nümayişlərdə ümumilikdə 780 min nəfər iştirak edə bilər.
Məryəm Quliyeva