

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan regionun aparıcı ölkəsidir. Regionda çox mühüm layihələr Azərbaycanın birbaşa təşəbbüskarlığı və iştirakı ilə həyata keçirilir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Cənubi Qafqaz kimi strateji bir regionda dünyanın aparıcı güclərinin maraqları mövcuddur və ABŞ hər zaman ümumi olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verib. Lakin təəssüf ki, Co Baydenin hakimiyyəti dövründə ABŞ-də bir çox hallarda ölkəmizə qarşı aşkar qərəzli mövqe mövcud olmaqda idi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməsi, Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifəni açmış oldu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.
E.Mirbəşiroğlu vurğulayıb ki, biz Azərbaycanla ABŞ arasında bundan sonra həm siyasi münasibətlərdə, həm də digər istiqamətlərdə təmaslarda yeni keyfiyyət dəyişikliyini görəcəyik: “Məsələnin təbii ki, ən mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanmış oldu. Bu, Azərbaycanın iradəsinin növbəti dəfə təntənəsi idi. Ona görə ki, sülh gündəliyini başladan Azərbaycandır və sülh gündəliyini irəli də Azərbaycan aparıb. Azərbaycanın yaratmış olduğu yeni geosiyasi reallıqlar sülh üçün bütün imkanları açıb. Bu baxımdan düşünürəm ki, bu imkanlardan istifadə etmək tarixi şansdan yararlanmaq deməkdir. Ölkəmiz həmişə iradə nümayiş etdirib və hesab edirəm ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri bu istiqamətdə də olduqca əhəmiyyət daşıyır”.
Röya İsrafilova