

13 Avqust 23:45
13 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
TASS cinayət işinin materiallarına istinadən xəbər verir ki, “Piknik” qrupunun konserti zamanı “Crocus City Hall”da ictimai asayişi qoruyan polis əməkdaşları hücum zamanı silahsız olublar.
Agentlik Rusiya Daxili İşlər Nazirliyinin Krasnoqorsk İdarəsinin PPX zabitinin dindirilməsindən çıxarışlara istinad edir. Həmin şəxsin sözlərinə görə, terror aktı baş verən gün o, ictimai asayişi qorumaq üçün “Krokus”a gəlmək barədə göstəriş alıb.
Komandirin şifahi göstərişinə əsasən o, şəriki ilə birlikdə xidməti silahları silah anbarına təhvil verib. Onlara xidməti silahları nəyə görə təhvil verməli olduqları barədə izahat verilməyib”, - nəşr yazır.
Konsert zalına çatan kimi polis əməkdaşları dağıldı: biri birinci girişdə, ortağı ikinci girişdə mövqe tutdu.
Terror aktı zamanı PPX əməkdaşlarından biri digər şəxslərlə birlikdə “Krokus”dan qaçaraq, baş verənlər barədə rəhbərlərinə məlumat verib və kömək üçün Pavşino polis şöbəsinə gedib. İkinci polis məmuru hücum edənlərdən
təhlükəsizlik otağında gizlənib.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Avtomatlarla silahlanmış terrorçular konsert salonuna soxulub: tamaşaçılara atəş açmağa başlayıblar.
Cavid