“Demoqrafik azalma narahatlıq doğurur”
26 Yanvar 21:34
26 Yanvar 21:34
26 Yanvar 16:50
1 Sentyabr 2025 11:34
2 443
“Hazırda Azərbaycan və Çin arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır və bu sazişin əldə edilməsi ilə əlaqədar da tezliklə müsbət nəticələrin olacağı gözlənilməkdədir. Biz xüsusilə qeyd etməliyik ki, 2025-ci ilin ilk aylarında ikitərəfli ticarət dövriyyəsi 1 milyarda yaxın olub. Bu da 2024-cü illə müqayisədə 1,5 dəfə artım müşahidə edildiyini deməyə imkan verir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat əlavə edib ki, Azərbaycan əldə edilmiş razılıq əsasında Çin texnoloji yeniliklərinə çıxış imkanı əldə edib: “Bu da Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, Çin öz texnoloji yeniliklərini Azərbaycanla bölüşməsi, Çində fəaliyyət göstərən böyük şirkətlər və korporasiyaların məhsullarının Azərbaycana çatdırılması və Azərbaycan şirkətləri ilə ortaq layihələrin reallaşdırılması üçün də maraqlı tərəf kimi çıxış etməkdədir”.
Röya İsrafilova
26 Yanvar 21:34
1 050
26 Yanvar 16:50
2 149
26 Yanvar 14:29
2 324