Marseldə yeniyetmələr üçün komendant saatı tətbiq edilib Gündəm

Marseldə yeniyetmələr üçün komendant saatı tətbiq edilib

Fransanın əhali sayına görə ikinci ən böyük şəhəri olan Marselin daxil olduğu Buş-dü-Ron departamentinin prefekti öz sərəncamı ilə həftəsonu azyaşlılar üçün komendant saatı tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti "European Pravda" qəzetinə istinadən məlumat yayıb.

Xüsusilə, 31 oktyabr şənbə gününə elan edilmiş etiraz aksiyaları ilə bağlı departamentin bir neçə rayonunda azyaşlıların küçədə olmasına qadağa qoyulacaq. Cümə günündən noyabrın 2-si bazar ertəsi səhər saatlarınadək onlara Marselin mərkəzinin bir hissəsində, həmçinin bəzi ticarət mərkəzlərinin yerləşdiyi ərazilərdə hərəkət etmək qadağan edilir.

Prefekt, həmçinin yalnız əvvəlcədən xəbərdarlıq edilmiş toplaşmalara icazə verib.

Prefekturadan qeyd olunub ki, müəssisələrin və lövhələrin zədələnməsinin qarşısını almaq üçün Ticarət və Sənaye Palatası, eləcə də Marsel şəhəri ilə birgə passiv təhlükəsizlik tədbirləri müəyyən edilib.

Məryəm Quliyeva