"Axios": Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb
30 İyul 21:25
30 İyul 21:25
30 İyul 16:22
Rusiyanın iqtisadi inkişaf naziri: Ermənistandan tədarükü asanlıqla əvəz etmək olar
ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan müqiçilərinin konserti olub
Dünya Güləş Birliyindən azərbaycanlı hakimlərə yüksək etimad
13 Oktyabr 2025 07:25
3 815
Trampın Yaxın Şərq üzrə özəl təmsilçisi Vitkoff Təl - Əvivdə xalq qarşısında çıxış edərək Qəzzadakı atəşkəsi anlatmağa çalışır. Vitkoff Netenyahunun adını çəkdikdə meydanı söyüş və lənət bürüyür. Vitkoffun çıxışı bir neçə dəqiqəlik kəsilir. Ardınca Vitkoff Ərdoğan, Sisi və Qətər əmiri əl Taninin adını çəkdikdə meydana toplaşan yəhudilər sırf Netenyahuya inad onları alqışlayırlar.
Niyə? Çünki, İsrail tarixində ilk dəfə bu qədər bütün dünyada yalnızlaşdı.
Xalqcebhesi.az xəbər verir ki, bunu siyasi ekspert Ruslan Bəşirli deyib.
O qeyd edib ki, vaxtilə İsrail dövlətini quran İngiltərə, Fransa belə Fələstinin müstəqilliyini tanıdı. Netenyahu və onun hökumətindəki Ben Qvir və Smotrich kimi faşistlərin Qəzzada 70 min insanı öldürməsindən sonra, 7 oktyabrın ildönümü belə dünyada qeyd edilmədi. Əvəzində həmin günlərdə İsrailin ən böyük dəstəkçisi ABŞ HƏMASla danışıqlar masasına oturmuşdu:
"Ancaq, İsrail hökuməti ağılla hərəkət etsəydi və dünyanı ayağa qaldıran soyqırıma imza atmasaydı 7 oktyabr olayından ciddi şəkildə istifadə edə bilərdi.
2 illik Qəzza müharibəsi nəticəsində İsrail böyük iqtisadi krizlə üzləşdi. Xeyli sayda israilli bu nəticəsiz savaşda öldü. Və bir çox israilli hesab edir ki, bütün bünlar sadəcə iki il öncə taxtı düşmək üzrə olan Netenyahunun hakimiyyətini uzatması üçün idi. Radikal kabinetini ətrafında saxlamaq və hökumətinin düşməməsi naminə soyqırımdan belə geri durmadı.
İndi Tramp nəticəsiz Qəzza savaşından sonra Netenyahunu qurtarma və hökumətdə saxlama sözü verib. Amma, məncə çətin olacaq. Koalisiya hökumətindəki partiyalardan birinin çəkilməsi hökuməti düşürəcək. İsraillilər isə ən yaxşı halda onu sevmirlər, bütün rəy sorğuları əleyhinədir".
Cavid
30 İyul 21:25
616
30 İyul 16:22
1 008
30 İyul 12:56
1 127