08:57
798
“Cənab Prezident İlham Əliyev Hərbi paradda çıxışında olduqca vacib mesajlar verdi. Zəfər bayramı münasibəti ilə Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi təbrik edən Müzəffər Ali Baş Komandan şəhidlərimizin əziz xatirəsinin hər zaman yüksək tutulacağını bildirdi. Ordumuzun şəhidlərimizin və bütün günahsız qurbanların qisasını, qanını döyüş meydanında aldığını qeyd etdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
Deputat deyib ki, bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixi, parlaq Qələbəsidir: “44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedərək torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Nəticədə, güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən işğalçı Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bəli, ölkə başçısının da vurğuladığı kimi 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatları onlara növbəti bir dərs oldu. Bu şanlı tarixi Zəfəri Azərbaycan xalqı öz qanı, öz gücü ilə yazıb”.
Röya İsrafilova
09:22
476
12 Noyabr 23:38
1 022
12 Noyabr 23:37
1 050