11:42
462
“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında neytral şəkildə sülhü dəstəklədiyini bəyan edir. Bu, ən azından müsbət bir irəliləyişdir ki, Avropa İttifaqı bildirir ki, biz sülhü dəstəkləyirik və Azərbaycan-Ermənistan arasında bu sülh təkcə iki ölkə üçün deyil, bütün regionun gələcəyi, stabilliyi üçün əhəmiyyətlidir. Bu, bizim üçün artıq bir qalibiyyət deməkdir. ATƏT-in Minsk qrupu buraxıldı. Hansı ki, bu qrup münaqişənin həllindən çox ona problem yaratmaqla töhfə vermişdi, indi də paralel olaraq Paşinyanın Ermənistan Konstitusiyasına dəyişiklikləri seçki ilə paralel keçirməsi məsələsi müzakirəyə qoyulur. Bu da bizim istəklərimizdən biri idi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev söyləyib.
Onun bildirdiyinə görə, bir tərəfdən ATƏT-in Minsk qrupu ləğv olunur deyə tərəflərin artıq Ermənistanın Konstitusiyasına dəyişikliklə bağlı ilkin təklifləri dinlənilir, digər tərəfdən Avropa İttifaqı neytral münasibət bəsləyir: “Bu, bizim Avropa ilə əməkdaşlıq məsələlərimizin də önünü aça bilər. Azərbaycan həmişə balans siyasəti yeridir. Qərblə soyuqluq artarsa, o zaman bunu Rusiya ilə, Çinlə və üçüncü dünya ölkələri ilə kompensasiya etməyə çalışır. Həmçinin əgər şərqlə, Rusiya ilə problem yaranırsa, bunu qərb ölkələri ilə kompensasiyaya eləməyə çalışır. Xüsusilə, indiki məqamda Azərbaycanın öz enerji resurslarını Avropa İttifaqına satmağı, Avropa İttifaqının enerji təhlükəsizliyində rol oynamağı müsbət hal olardı. Eyni zamanda, bu, Azərbaycanın balanslı, çoxvektorlu siyasət həyata keçirməsinə yardımçı olardı. Ümid edirəm ki, Avropa İttifaqı, Fransa dəfələrlə neytral qalacaqlarına, sülhü dəstəkləyəcəklərinə söz verib sonra Ermənistanı dəstəkləyib, Ermənistanı silahlandırmayacaqlar. Belə olacağı halda bu, nəinki regionda, heç Ermənistan və Azərbaycan arasında da sülhə töhfə verməyəcək”.
Röya İsrafilova
08:24
875
08:24
952
3 Dekabr 23:45
1 141