10:36
490
Bu ilin oktyabr ayında Pakistan-Əfqanıstan sərhədində, iki ölkə arasında baş verən müharibə həddinə çatmış gərginlik, Türkiyənin vasitəçiliyi ilə durduruldu.
Politoloq Çingiz Şahbazi xalqcebhesi.az-a deyib ki, son günlər sərhəddə baş verən hadisələr, atışmalar vəziyyətin yenidən pisləşdiyini göstərir.
Hər iki tərəf qarşılıqlı olaraq bir-birini ilk atəşi açmaqda günahlandırır və məlumatlara görə atışma zamanı top mərmiləri və artilleriya sistemindən istifadə olunaraq yaşayış yerləri və ictimai yerlər hədəfə alınıb. 4 nəfər mülki, 2 nəfər Taliban əsgəri olmaqla 6 nəfərin öldüyü bildirilir. Hər iki tərəfin nümayəndələri Türkiyə və Qətərdə görüşüblər:
"Məlumatlara görə, hər iki tərəfin qarşılıqlı olaraq bir-birini günahlandırması və təhdidlər etməsi,sülh danışıqları prosesinə öz təsirini göstərib və danışıqlar uğursuz başa çatıb və bundan öncə əldə olunan atəşkəs razılaşması da, demək olar ki, öz təsirini itirib.
Bu ilin oktyabr ayında baş vermiş kütləvi döyüşlərdə onlarla hərbçi, dinc sakin və silahlı qruplar öldürülmüşdü və bu gün davam edən müharibənin heç şübhəsiz ki arxasında eyni motivlər və eyni siyasət dayanır. Kənar qüvvələrin münaqişənin davam etməsində rolu istisna deyil və əlbətdə ki, münaqişə böyüyərək bölgədə sabitliyin pozulmasına səbəb ola bilər.
Hərbi əməliyyatlar durdurulmazsa, müharibə hər iki ölkəni destabilizasiya edəcək. Həm mülki, həm hərbi zərərlər artdıqca, regionda humanitar böhran riski də artır və sərhəd zonasında yaşayan insanların həyatı risk altına düşür".
Cavid
11:38
315
11:00
476
11 Dekabr 23:02
1 022