20:30
959
“İranın danışıqlardakı mövqeyi hazırda strateji və diqqətlə hesablanmış xarakter daşıyır”.
Bunu deputat Arzu Nağıyev Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Deputat vurğulayıb ki, Tehran təzyiq altında diplomatik addımlar atmamaq və öz mövqeyini güclü göstərmək üçün danışıqları şərti formatda saxlayır:
“Əsas məqsəd Qərbə bir siqnal verməkdir ki, real güzəşt olmadan danışıqlar dayandırıla bilər. Əraqçinin açıqlaması diplomatik ultimatum deyil, sadəcə strateji xəbərdarlıqdır. Daxili auditoriya üçün də İran rəhbərliyi kompromisdə zəif görünmək istəmir, eyni zamanda Çin, Rusiya və bir sıra körfəz ölkələrinə sərt mövqeyini göstərir. Bu, sanksiyalar və hərbi təzyiqlərlə bağlı ciddi mesajdır. İranın danışıqları izləmə tərzi, təzyiq və test dövrü kimi qiymətləndirilə bilər.
Prosesin nəticəsi 50%-ə yaxın müsbət bir addım ola bilər. Bunun səbəbi odur ki, sanksiyalar tətbiq olunur və saxlanır, amma danışıqlar davam edir. ABŞ və Avropada isə İrana yumşalma tərəfdarları zəifləyir, sərt mövqedə olanlar isə öz xətlərini qoruyur. İran bu kontekstdə diplomatiyanı ön planda saxlayır, ancaq real razılaşmalar üçün konkret addımlar tələb olunur. Dondurulmuş diplomatiya da ola bilər; görüşlər texniki səviyyədə qalacaq, siyasi razılaşma isə hələ mümkün görünmür.Azərbaycan Prezidenti İlham Əliyevin İran rəhbərliyi ilə apardığı telefon danışığı Azərbaycanın sülhsevər mövqeyini nümayiş etdirir.Bu addım həm də sülhün bərqərar olması üçün mühüm mesajdır. Azərbaycan bu baxımdan regionda sabitliyi dəstəkləyən və dialoqa üstünlük verən dövlət olduğunu bir daha göstərir”.
Günel Elxan