Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
2 Mart 12:30
2 863
Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Bu barədə xalqcebhesi.az-a açıqlama verən sosioloq Mail Yaqub qeyd edib ki, bu, çox vacib sərəncamdır: “Bu gün sosial şəbəkələr dünyada yeni fenomendir. Təəssüflər olsun ki, sosial şəbəkələrin verdiyi hüdudsuz sərbəstlik bəzi istifadəçilərə bu vacib vasitədən sui-istifadə etməyə əsaslar verib. Bu da zərərlidir. Yəni həmin istifadəçilərin sosial şəbəkədə etdikləri əxlaqsızlıqlar, özbaşınalıqlar, dəyərlərə, mənəviyyata qarşı atılan addımlar insanların, xüsusilə azyaşlı uşaqların mənəviyyatına və psixologiyasına birbaşa ziyandır”.
M.Yaqub artıq bəzi ölkələrdə həyəcan təbili çalındığın, qanuni addımlar atıldığını deyərək vurğulayıb ki, nə yaxşı ki, bizim ölkədə də dövlət səviyyəsində belə bir addım atılıb: “Bu, təqdirəlayiqdir. İndi bu hüquqi mexanizm necə olacaq, bu başqa məsələdir. Yəni valideynlərmi bu barədə məsuliyyət daşıyacaq, yoxsa azyaşlı uşaqların sosial şəbəkəyə girişi əngəllənəcəkmi, bu artıq hüquqi və texnoloji məsələlərdir. Amma ümumilikdə bu, çox vacib addımdır. Çünki uşaqların az yaşında psixologiyasının, mənəviyyatının pozulması onların böyük yaşlarda şəxsiyyət pozuntusuna səbəb olacaq”.
Röya İsrafilova
25 Sentyabr 16:54
1 288
25 Sentyabr 15:07
1 001
25 Sentyabr 14:10
1 379