15:30
539
Volodimir Zelenski Ukraynanın keçmiş ərazilərinin bir hissəsinin itirilməsini nəzərdə tutan sülh sazişini qəbul etməyə hazır olub-olmaması barədə suala müsbət cavab verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zelenski "Fox News" telekanalının jurnalistinin "hər şeyi olduğu kimi donduran" və o, "prosesin necə başlamasından asılı olmayaraq, ölkəsinin 75%-ni və ya daha çoxunu saxlayan" sülh sazişini qəbul edib-etməyəcəyi ilə bağlı sualına cavab verib.
"Bəli. Əgər elə indinin özündə hər şeyi dondurmalı olsaq, zənnimcə, bu, müharibəni bitirməyin real yoludur", — deyə o, bildirib.
Məryəm Quliyeva