İran münaqişənin diplomatik yolla həllinə hazırdır Dünya

İran münaqişənin diplomatik yolla həllinə hazırdır

İran münaqişəni ədalətli şəkildə yekunlaşdırmaq üçün Birləşmiş Ştatlarla danışıqlara hazırdır, lakin eyni zamanda özünü müdafiə etməkdə də qərarlıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "Financial Times" qəzeti üçün yazdığı məqalədə bildirib.

"İran ABŞ-nin bu münaqişəyə tamamilə son qoyacaq ədalətli və ləyaqətli bir həll yolu tapmaq üçün səmimi cəhdinin inandırıcı sübutlarını görəcəyi təqdirdə diplomatiyaya daha bir şans verməyə hazırdır", - deyə Əraqçi bildirib. "İran münaqişənin ləyaqətli və dinc yolla tənzimlənməsinə nail olmaqda fəal qərarlıdır, lakin biz özümüzü müdafiə etməyə də tam hazır idik", - deyə o əlavə edib.

Əraqçi qeyd edib ki, bu müharibəyə daxil olarkən ABŞ Prezidenti Donald Tramp "İran haqqında yanlış təsəvvürlərə əsaslanıb". "Bu səhvin indi təkrarlanması müqayisəolunmaz dərəcədə daha ağır fəsadlara gətirib çıxaracaq", - deyə İran naziri yazıb.

Məryəm Quliyeva