ABŞ-də "Boeing 737 MAX-10"un ən böyük modifikasiyası təsdiqlənib Dünya

ABŞ-də "Boeing 737 MAX-10"un ən böyük modifikasiyası təsdiqlənib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) şirkətin ən çox satılan modelinin ən böyük modifikasiyası olan "Boeing 737 MAX-10" təyyarəsinin istismarını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə FAA-nın rəsmi saytında məlumat verilib.

"Uzunmüddətli təhlükəsizlik yoxlamalarından, o cümlədən minlərlə saatlıq sınaq uçuşlarından sonra FAA komandası bu kritik dərəcədə mühüm təyyarənin satışını təsdiqləməyə hazırdır", - deyə idarə ABŞ-nin nəqliyyat naziri Şon Daffinin sözlərini sitat gətirir.

FAA rəhbəri Brayan Bedford da bildirib ki, mülki aviasiya idarəsi şirkət tərəfindən standartlara riayət olunmasına nəzarəti davam etdirəcək.

"MAX-10" modifikasiyası "Boeing 737" təyyarə ailəsinin ən böyük modeli olub. Şirkət modeli bir neçə il əvvəl buraxmağı planlaşdırırdı, lakin 737 seriyalı təyyarələrin iki qəzası gecikmələrə səbəb oldu və şirkəti təhlükəsizlik standartlarını yenidən nəzərdən keçirməyə məcbur etdi. Sentyabrda həmçinin 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq qeydə alınmışdı.

Məryəm Quliyeva