Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 130%-dən çox artıb
Zelenski: Ukrayna ərazilərin itirilməsi ilə sülh sazişinə hazırdır
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb - FOTO
“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
14:58
546
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.
Açılış mərasimindən əvvəl Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.
Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.
Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.













