İran Küveytə hücum edib
12:13
12:08
567
“Cənab Prezident İlham Əliyev dünyanın və regionumuzun kritik mərhələsində belə dövlət idarəçiliyinin keyfiyyətinin artırılması və Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Yeni qanunvericilik aktları da dövlət idarəçiliyində aparılan institusional islahatların bir hissəsidir. Bu gün atılan hər bir addım müasir, çevik idarəçiliyin tərkib hissəsidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bu istiqamətdə vahid strukturun yaradıldığını vurğulayıb: “Bunun da kökündə optimal və balanslı, effektiv modelə keçid dayanır. Təbii ki, ən mühüm amillərdən biri daha ədalətli və şəffaf əməkhaqqı sisteminin formalaşdırılmasıdır. Bu baxımdan aparılan islahatlar dövlət qulluğunda əməkhaqqı sisteminin daha da şəffaf olmasına zəmin yaradır. Bundan sonra əməkhaqqı daha aydın, sabit və ədalətli olacaq, disproporsiyaların aradan qaldırılmasına və insanlar üçün bərabər imkanların yaradılmasına xidmət edəcək”.
O qeyd edib ki, bununla yanaşı, peşəkar kadr potensialı gücləndirilir və dövlət qulluqçularının sosial müdafiəsinin təmin edilməsi istiqamətində addımlar atılır, gənc və perspektivli kadrlara şərait yaradılması davam edir.
Röya İsrafilova
12:13
1 043
12:08
987
12:03
1 064