07:58
1 372
Qırğızıstanın İrandakı səfirliyi öz işini müvəqqəti olaraq dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qırğızıstanın xarici siyasət idarəsi məlumat yayıb.
Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur:
"Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi bildirir ki, Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb".
XİN hazırda İran ərazisində olan Qırğızıstan vətəndaşlarına yüksək dərəcədə ehtiyatlı olmağı, şəxsi təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi, insanların kütləvi toplaşdığı yerlərdən və potensial təhlükəli rayonlardan uzaq durmağı, habelə yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirməyi tövsiyə edib.
Məryəm Quliyeva