"İran ABŞ-ın 15 maddəlik tələblərini qəbul etməzsə... " Gündəm

"İran ABŞ-ın 15 maddəlik tələblərini qəbul etməzsə... "

ABŞ-ın planlaşdırdığı quru əməliyyatının əsas hədəflərindən biri təxminən 450 kq zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır. İran ABŞ-ın 15 maddəlik tələblərini qəbul etməzsə, parlament sədri Qalibafın, XİN başçısı Araqçının və hətta Pezeşkianın öldürülməsi mümkündür. Əgər bu fiqurlara qarşı əməliyyat keçirilməzsə, bu, İranın tələbləri qəbul etməsi deməkdir.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, bu arada Trampın Kubanın növbəti hədəf olacağı ilə bağlı açıqlaması da ABŞ-ın İran kampaniyasının uğurlu bitəcəyinə əsaslanır. İranın qalib vəziyyətdə saxlanılması real görünmür. Bu halda İranın İraqa təsir imkanları nəzərə alınarsa, müəyyən müddətdən sonra İraq üzərindən İsrailə quru hücumu da mümkündür:

"Rəsmi məlumata görə, İsrail əsas hədəflərinə — İranın nüvə və ballistik raket proqramının ləğvinə nail olub. Ən əsası ilə, “Böyük İsrail” üzrə də Livan istiqamətində bufer zonasını genişləndirib".

Cavid