21:10
588
“Beynəlxalq hüququn əsas prinsipləri – ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək, mübahisələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi – bu gün də qüvvədədir və bu prinsiplər Rusiya-nın Ukrayna ərazilərində hərbi mövcudluğunu qəbul etmir”.
Bunu politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, beynəlxalq hüquq normalarına əsasən heç bir dövlət digər dövlətin ərazisini işğal etməməlidir: “Dövlətin böyük və ya kiçik olmasından asılı olmayaraq bu prinsiplər hamıya şamil edilir. Əks halda, güclü dövlətlər zəif ölkələri asanlıqla işğal edə bilər və bu, qlobal sabitliyi pozar.
Beynəlxalq hüququn bu prinsipləri Rusiyanı təcavüzkar kimi qiymətləndirir və onun Ukrayna ərazilərindən çıxmasını tələb edir.
Donald Tramp və komandası bu məsələyə fərqli yanaşma sərgiləyir. Onlar hesab edirlər ki, Rusiya güclü tərəfdir və Ukrayna müəyyən güzəştlərə getməlidir. Məsələn, Donbas məsələsində geri addım atmaqla müharibəni dayandırmaq mümkündür. Lakin bu yanaşma beynəlxalq hüququn prinsiplərinə ziddir və təhlükəli presedent yaradır”.
Ekspert əlavə edib ki, belə yanaşma gələcəkdə digər güclü dövlətlərin də işğalçı siyasətə meyl etməsinə stimul verə bilər:
“Ukrayna hazırda müqavimət göstərmək gücündədir və Volodimir Zelenski bu məsələdə güzəştə getməyəcək. Ərazi məsələləri birbaşa xalqın səlahiyyətindədir və yalnız referendum yolu ilə həll oluna bilər. Bunun üçün isə ilk növbədə atəşkəs olmalıdır. Lakin hazırkı şəraitdə bu mümkün görünmür”.
Ekspert hesab edir ki, mövcud vəziyyət çıxılmaz dövrə yaradıb və bu səbəbdən münaqişənin yaxın müddətdə bitməsi ehtimalı zəifdir: “Əgər təcavüzkar addımlar vaxtında dayandırılmazsa, bu cür hallar dünyanın digər bölgələrində də təkrarlana bilər”.
Günel Elxan
21:35
525
21:30
525
21:19
595