12:14
714
“Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri ümidvericidir. Bu daha geniş bölgəmiz üçün daha böyük sabitlik və əməkdaşlıq perspektivləri yaradır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (PABSEC) 67-ci plenar iclasında çıxışında deyib.
Onun sözlərinə görə, bu gün bölgə ticarət, nəqliyyat, enerji və rəqəmsal bağlantı mərkəzi kimi rolunu gücləndirmək üçün böyük potensiala malikdir.
“Əməkdaşlığı daha da gücləndirmək üçün mövcud dövrü təkcə çətinliklər baxımından deyil, həm də yeni imkanlar baxımından nəzərdən keçirməliyik”, - spiker qeyd edib.
Papuaşvili əlavə edib ki, bu ayın əvvəlində Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi qarşılıqlı faydalı əməkdaşlığın və bölgənin tərəqqisinə birgə töhfə verməyin bariz nümunəsidir.
11:40
791
11:28
812
11:26
980