Polşa Ukraynaya "MiQ-29" qırıcılarını verməyəcək Gündəm

Polşa Ukraynaya "MiQ-29" qırıcılarını verməyəcək

Ukrayna PUA (pilotsuz uçuş aparatları) istehsalı və onlara qarşı mübarizə texnologiyalarını Varşavaya ötürməkdən imtina etdiyi üçün Polşa bu ölkəyə "MiQ-29" qırıcı təyyarələrini vermək niyyətində deyil.

Xalqcebhesi.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "Polsat" telekanalının efirində bəyan edib.

"Mən olduqca tərəfdaşlıq yönümlü bir yanaşma təklif etdim — dronların müqabilində "MiQ"lər. Ukraynalılar əvvəlcə razılaşdılar, lakin öz öhdəliklərini yerinə yetirmədilər. Bu səbəbdən Ukrayna üçün "MiQ" yoxdur, çünki Polşanın nə dronları, nə də onlardan istifadə etmək imkanları var. Onlar əvvəlcə belə bir qərara razı oldular, lakin sonradan bundan imtina etdilər", — deyə nazir bildirib.

Məryəm Quliyeva