Əhməd əl-Şaraa: İsrailin məqsədi Suriyanın ərazi bütövlüyünü pozmaq və xaos yaratmaqdır Dünya

Əhməd əl-Şaraa: İsrailin məqsədi Suriyanın ərazi bütövlüyünü pozmaq və xaos yaratmaqdır

Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şaraa İsraili təcavüzkar müdaxilələrə və ölkənin cənub regionlarında sabitliyi pozmaq cəhdlərinə görə pisləyib.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Al-Ikhbariya" telekanalı sitat gətirir.

"İsrailin hərbi fəaliyyəti Suriyanın ərazi bütövlüyünü pozmağa, xaos yaratmağa və Suriya xalqının yenidənqurma və dirçəliş yolunda irəliləmək qabiliyyətini zəiflətməyə yönəlib", — deyə ərəb respublikasının rəhbəri bəyan edib. Siyasətçi vurğulayıb ki, Suriya "artıq xarici qəsdlərin və başqalarının ambisiyalarının reallaşdığı bir meydan olmayacaq".

Məryəm Quliyeva