İranda internetin kəsilməsi 55 gündən çoxdur davam edir Gündəm

İranda internetin kəsilməsi 55 gündən çoxdur davam edir

İran ərazisində artıq 54 gündən çoxdur ki, internet demək olar ki, tamamilə yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti olan "NetBlocks" məlumat yayıb.

"İranda internetin kəsilməsi artıq ardıcıl 55-ci gündür ki, davam edir. 1 296 saatdan sonra şəbəkəyə qoşulma səviyyəsi normal səviyyənin 2%-i həddindədir", — deyə xidmət "X" sosial şəbəkəsində dəqiqləşdirib.

Bu blokada, dünyada bütün müşahidə müddəti ərzində bütöv bir ölkə miqyasında qeydə alınan ən uzunmüddətli internet kəsintisi olub.

Məryəm Quliyeva