Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
10 İyun 12:51
3 003
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi immiqrasiya orqanlarına ölkə ərazisindəki seçkilərdə qanunsuz iştirakda ittiham olunan miqrantların deportasiya edilməsi barədə göstəriş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı nazirliyin daxili sənədlərinə istinadən məlumat yayıb.
Daxili Təhlükəsizlik Nazirliyinin sənədlərinə əsasən, qeyd olunan tədbir ABŞ-da seçkilərin şəffaflığının artırılmasına və ölkədəki miqrasiyaya nəzarətin gücləndirilməsinə yönəlib.
2025-ci ilin yanvarında ABŞ-ın 47-ci prezidenti kimi fəaliyyətə başladığı andan etibarən Donald Tramp dəfələrlə bəyan edib ki, o, hakimiyyətə gələnə qədər ölkəyə qanunsuz yollarla təxminən 25 milyon insan daxil olub. Ağ Ev rəhbəri immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu dəfələrlə ifadə edib.
Məryəm Quliyeva