08:56
616
ABŞ və İran müharibəyə son qoyublar.
Xalqcebhesi.az xəbər verir ki, İranın "Mehr" agentliyi İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun layihəsini dərc edib.
Sənəd 14 bənddən ibarətdir:
— Livan da daxil olmaqla, bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal və müddətsiz dayandırılması;
— ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına və İslam Respublikasının suverenliyini tanıyacağına dair zəmanətləri;
— 30 gün ərzində dəniz blokadasının tamamilə ləğv edilməsi;
— ABŞ hərbi qüvvələrinin İranın yaxınlığında yerləşən rayonlardan çıxarılması;
— Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin bərpası;
— İran neftinin ixracına qoyulan məhdudiyyətlərin dayandırılması;
— ABŞ və müttəfiqləri tərəfindən İranın infrastrukturunun bərpası üçün $300 milyard həcmində proqramın hazırlanması;
— Yekun sazişin hazırlanması üçün 60 gün müddətinə danışıqların aparılması;
— Tehranın nüvə silahı istehsalından imtina etmək öhdəliyi;
— Vaşinqtonun danışıqlar dövründə əlavə sanksiyalar tətbiq etməmək və regionda hərbi mövcudluğunu gücləndirməmək öhdəliyi;
— İranın $24 milyardlıq dondurulmuş aktivlərinin sərbəst buraxılması;
— Razılaşmaların icrasına nəzarət mexanizminin yaradılması;
— Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi vasitəsilə təsdiqlənməsi;
— Yekun danışıqların yalnız İranın dondurulmuş aktivlərinin yarısı sərbəst buraxıldıqdan, neft sanksiyaları yumşaldıldıqdan və dəniz blokadası ləğv edildikdən sonra başlanması.
Məryəm Quliyeva
09:30
644
13 İyun 21:05
2 891
13 İyun 20:55
1 582