NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək Gündəm

NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək

NATO öz nüvə qüvvələrini modernləşdirmək və nüvə silahının "müştərək istifadəsi" təcrübəsini genişləndirmək yolu ilə gücləndirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun müdafiə nazirləri səviyyəsində keçirilən Nüvə Planlaşdırılması Qrupunun iclasında qəbul edilmiş bəyanatda deyilir.

"Müdafiə nazirləri Nüvə Planlaşdırılması Qrupunun iclasında nüvə potensialının modernləşdirilməsi yolu ilə NATO-nun nüvə çəkindirmə vasitələrinin gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər", — deyə sənəddə bildirilir. Sənəddə qeyd olunur ki, blok "müştərək istifadə" təcrübəsindən fəal şəkildə istifadə etmək niyyətindədir. Bu təcrübə nüvə silahına malik olmayan NATO üzvlərinin potensial nüvə silahı daşıyıcıları (məsələn, F-16 və F-35 təyyarələri) əldə etməsini və ondan istifadə qaydaları üzrə təlim keçməsini nəzərdə tutur ki, münaqişə baş verəcəyi təqdirdə rəqibin real nüvə silahı daşıyıcılarını müəyyən etmək tapşırığı çətinləşsin.

Məryəm Quliyeva