16:28
777.jpg)
Birləşmiş Ştatlar administrasiyası, əgər İran ABŞ ilə imzalanmış memorandum üzrə öhdəliklərini yerinə yetirməzsə, bu ölkəyə qarşı hərbi əməliyyatları bərpa edəcək və Hörmüz boğazının blokadasını yenidən tətbiq edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseli tərk etməzdən əvvəl Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.
"ABŞ Prezidenti Donald Tramp vurğulayıb ki, əgər bu danışıqların müəyyən edilmiş müddətləri çərçivəsində İran vəd etdiklərini yerinə yetirməzsə, biz fəaliyyətimizi bərpa etməyə hazır olacağıq", — deyə hərbi qurumun rəhbəri NATO ölkələrinin müdafiə nazirləri ilə görüşdən sonra bildirib.
"Əgər İran öz öhdəliklərini icra etməsə, biz yenidən sərt blokada tətbiq etmək iqtidarındayıq", — deyə Heqset əlavə edib.
Məryəm Quliyeva