14:09
574
İsrail silah sahəsində ABŞ-dan asılılıqdan azad olmalı və öz müstəqil silah istehsalını yaratmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu bəyanatla yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu çıxış edib.
"Mən silah sahəsində müstəqillik istəyirəm. Amerikalı dostlarımızın dəstəyini dərindən qiymətləndirirəm, lakin biz asılılıqdan azad olmalı və öz müstəqil silah istehsalımızı yaratmalıyıq. Biz öz silahımızı özümüz istehsal etməliyik", - deyə Netanyahu İordan çayının qərb sahilində kursantlarla görüşü zamanı bildirib. Baş nazirin fikirlərini onun dəftərxanası yayıb.
Netanyahu qeyd edib ki, İsrail "hazırda İran və onun proksiləri ilə qarşı-qarşıyadır". "Biz onlara zərbələr endirdik, bu hələ son deyil, lakin hər şey bizim gücümüzdən asılıdır. 30 ildən sonra harada olacağımız gücümüzdən asılıdır. Ona görə də hazırda etdiyimiz iş nəhəng bir qüdrət toplamaqdır", - deyə İsrailin baş naziri əlavə edib.
Məryəm Quliyeva