25 İyun 09:11
1 323
“ABŞ və NATO ölkələrinin Türkiyəyə münasibətində ikili yanaşmalar müşahidə olunur”.
Bu sözləri Milli Məclisin deputatı Elşad Musayev Xalq Cəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, bir tərəfdən Ankara alyans daxilində mühüm hərbi güc kimi görülür, digər tərəfdən isə bəzi məsələlərdə bərabərhüquqlu əməkdaşlıq tam təmin edilmir: “Türkiyə NATO üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biri olsa da, bəzi Qərb dövlətlərinin Ankaraya münasibətində ziddiyyətli yanaşmalar mövcuddur. ABŞ başda olmaqla NATO-nun aparıcı ölkələri Türkiyəni hərəkətverici qüvvə kimi görmək istəyirlər. Amma eyni zamanda, müəyyən məsələlərdə Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıqdan yayınırlar. Türkiyəyə qarşı müəyyən qısqanclıq və ikili standartların olduğu açıq görünür”, – deputat qeyd edib. Əvvəlki illərdə ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginliklər yaşanıb. Xüsusilə Bayden administrasiyası dövründə münasibətlərdə çətinliklər oldu. Türkiyənin müdafiə sənayesinin inkişafına maneələr yaradıldı, müxtəlif məhdudiyyətlər tətbiq edildi. Lakin Türkiyə bu vəziyyətdən çıxış yolu taparaq öz müdafiə sənayesini inkişaf etdirdi və hazırda bir çox hərbi məhsulları daxildə istehsal edir”.
Deputat qeyd edib ki, Türkiyəyə F-35 qırıcıları ilə bağlı verilən vədlərin reallaşması hələ də sual altındadır:
“Donald Trampın hakimiyyətə gəlişindən sonra bu istiqamətdə müəyyən vədlər səsləndirilib. Amma əvvəl də müxtəlif vədlər verilib və onların hamısı yerinə yetirilməyib. Buna görə də ABŞ-ın bu dəfə verdiyi vədi icra edib-etməyəcəyini zaman göstərəcək”.
Günel Elxan
09:00
1 890
08:01
931
25 İyun 16:27
1 953