19 Noyabr 17:13
19 Noyabr 15:19
08:01
259
İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri Roman Qofman ötən həftə ABŞ-yə səfəri zamanı Amerika rəsmilərini İrana qarşı zərbələri bərpa etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İsrailin xarici kəşfiyyat rəhbəri ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı fəaliyyət variantlarını nəzərdən keçirdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara ən qısa zamanda başlamağın zəruriliyini əsaslandırıb və bu məsələdə israr edib.
İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın silahdaşı olan "Mossad" rəhbəri ötən cümə günü Vaşinqtonda Tramp administrasiyasının nümayəndələri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb və onlara digər məsələlərlə yanaşı, İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyatının məlumatlarını təqdim edib. Mənbələr qeyd ediblər ki, görüşlər zamanı Qofman İrana qarşı yeni çoxgünlük aviazərbələr kampaniyasının keçirilməsini müdafiə edib.
Məryəm Quliyeva