Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 81-ə çatıb Dünya

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 81-ə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxma hallarının sayı 81-ə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti ölkənin İctimai Səhiyyə və Ətraf Mühit üzrə Kral İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, son iki həftə ərzində krallıqda daha dörd yoluxma faktı aşkarlanıb.

Yeni yoluxanlardan ikisi ilin əvvəlindən bəri ölkə üzrə ən çox - 47 yoluxma halının qeydə alındığı Cənubi Hollandiya əyalətinin sakinləridir.

Məryəm Quliyeva