19 Noyabr 17:13
19 Noyabr 15:19
Yaponiya ABŞ-yə hərbi xərclərin artırılması ilə bağlı çətinlikləri izah etmək istəyir
Tramp avropalıları və Zelenskini Moskva ilə "razılaşma əldə etməyə" çağırıb
ABŞ-nin "Cygnus" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
İran XİN ABŞ-nin kimyəvi silah ittihamlarını hərbi müdaxilə bəhanəsi adlandırıb
08:35
203.jpg)
Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi dekabrın əvvəlində Pentaqon rəhbəri Pit Heqsetin Tokioya gözlənilən səfəri zamanı hərbi xərcləri ÜDM-in 3,5%-nə çatdırmağın büdcə məhdudiyyətləri səbəbindən mümkünsüz olduğunu ona şəxsən izah edəcək.
Xalqcebhesi.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiya ərzaq məhsullarına tətbiq olunan istehlak vergisini azaltmaq planları fonunda yaranan vəsait çatışmazlığı ucbatından qarşıdakı beş il üçün nəzərdə tutulan hərbi büdcəni 30% ixtisar edərək 50-60 trilyon yenə (313-376 milyard dollar) endirməyə məcbur olub. Bununla yanaşı, Tokio yeni təhlükəsizlik sənədləri çərçivəsində süni intellekt əsaslı pilotsuz sistemlər və döyüş sursatları hesabına uzunmüddətli döyüş qabiliyyətini artırmağı hədəfləyir.
Məryəm Quliyeva