İran XİN ABŞ-nin kimyəvi silah ittihamlarını hərbi müdaxilə bəhanəsi adlandırıb Dünya

İran XİN ABŞ-nin kimyəvi silah ittihamlarını hərbi müdaxilə bəhanəsi adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ tərəfindən Tehranın guya bioloji və kimyəvi silah hazırlaması ilə bağlı səsləndirilən ittihamlara münasibət bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Bəqayi ABŞ-nin kimyəvi silah istehsalı ilə bağlı ittihamlarına cavab verərək vurğulayıb ki, Vaşinqton bu cür bəyanatları hərbi müdaxilə üçün bəhanə yaratmaq məqsədilə səsləndirir.

Məryəm Quliyeva