Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib Siyasət

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.

Medial

Medial

Medial

Medial

Medial