“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb İqtisadiyyat

“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında qiymətlərin azalması davam edir. “Bitcoin”in qiyməti son 24 saatda 2,54% azalaraq 61 819,58 ABŞ dollarına düşüb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son bir həftədə 10,29%, son 30 gündə isə 25,27% azalıb. Kriptovalyutanın bazar kapitallaşması 1,24 trln. dollar təşkil edib.

“Ethereum”un qiyməti 3,66% azalaraq 1 734,84 dollara, “Zcash”ın qiyməti 7,03% azalaraq 860,61 dollara, BNB-nin qiyməti isə 2,08% azalaraq 572,79 dollara enib.

Eyni zamanda, “Monero”nun qiyməti 1,98% azalaraq 492,61 dollara, “Bitcoin Cash”in qiyməti 0,66% azalaraq 205,46 dollara, “Bittensor”un qiyməti 3,62% azalaraq 187,71 dollara, “Quant”ın qiyməti isə 5,79% azalaraq 142,43 dollara düşüb.

Qızıl təminatlı kriptovalyutalarda daha kəskin azalma qeydə alınıb. “Tether Gold”un qiyməti 4,70% azalaraq 3 541,07 dollara, “PAX Gold”un qiyməti isə 4,64% azalaraq 3 541,02 dollara enib.

“CoinMarketCap 20” indeksinin göstəricisi son sutkada 2,14% azalaraq 124,82 olub.

Analitiklər bildirirlər ki, enişin əsas səbəbləri ABŞ-də dekabr ayında faiz artımı gözləntilərinin güclənməsi, dolların möhkəmlənməsi və dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsidir. ABŞ-nin spot “Bitcoin” ETF-lərindən noyabrda təxminən 2,9 mlrd. dollar vəsait çıxışı da satış təzyiqini artırıb. Texnologiya səhmlərindəki geriləmə və kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması bazardakı azalmanı daha da sürətləndirib.