19 Noyabr 17:13
19 Noyabr 15:19
08:10
308
Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik təminatı qismində ölkə ərazisinə xarici qoşunların yeridilməsini tələb edib.
Xalqcebhesi.az xəbər verir ki, o, ABŞ-nin Kiyevə NATO-nun kollektiv özünümüdafiə haqqında 5-ci maddəsinə analoji təminatlar vermək ideyasını bu cür şərh edib.
"Mənim üçün bu, 5-ci maddənin tərkib hissəsidir: ABŞ və avropalı tərəfdaşların silahlı qüvvələri, bazalar. Bunlar olmadan söhbətin 4-cü, 5-ci və digər maddələrdən getdiyinə əmin deyiləm", – deyə Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna lideri qeyd edib ki, müttəfiqlər arasında təhlükəsizlik təminatlarının konkret olaraq necə işləyəcəyi və qoşunların yeridilməsini nəzərdə tutub-tutmayacağı ilə bağlı hələlik vahid fikir yoxdur.
Xatırladaq ki, Moskva Ukrayna ərazisində xarici qoşunların olmamasını sülhün əsas şərtlərindən biri kimi irəli sürür. Uitkoff və Kuşnerin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin qoşun yeridilməməsi şərti ilə NATO-ya oxşar təminatlara razıdır. Zelenskinin Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi tələbi isə Moskvanın bu cür razılaşmalardan imtina edəcəyini şərtləndirir.
Məryəm Quliyeva