Əraqçı: İranın hərəkətləri region qonşularına deyil, ABŞ-yə qarşı yönəlib Dünya

Əraqçı: İranın hərəkətləri region qonşularına deyil, ABŞ-yə qarşı yönəlib

İran Yaxın Şərqdəki qonşu ölkələri düşmən hesab etmir, onun hərəkətləri yalnız ABŞ-yə qarşı yönəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı bildirib.

"Regional səviyyədə ümumi bir anlayış var ki, İranın atdığı addımlar region ölkələrinə qarşı düşmənçilikdən irəli gəlmir, bütün tərəflərin bildiyi və anladığı başqa səbəblərlə bağlıdır", — deyə o, "İran" qəzetinə müsahibəsində bildirib.

İslam Respublikasının xarici işlər idarəsinin rəhbəri xüsusi olaraq vurğulayıb ki, münaqişə başa çatdıqdan sonra Tehran qonşuları ilə dialoq aparmaq və "etimadı bərpa etmək" niyyətindədir.

Məryəm Quliyeva