İordaniya Hərbi Hava Qüvvələri iki PUA-nı vurub Gündəm

İordaniya Hərbi Hava Qüvvələri iki PUA-nı vurub

İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri krallıq ərazisindəki obyektləri hədəf alan iki pilotsuz uçuş aparatını vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Petra" agentliyi krallığın Silahlı Qüvvələrinin baş komandanlığındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, insident hər hansı maddi ziyana səbəb olmayıb, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva