11:21
728.jpg)
ABŞ Maliyyə naziri Skott Bessent Bəhreynin Maliyyə və Milli İqtisadiyyat naziri şeyx Salman bin Xəlifə Əl Xəlifə ilə "İqtisadi Kənarlaşdırma" əməliyyatı məsələlərinə dair danışıqlar aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi bəyanatında bildirilir.
Söhbət zamanı Bessent vurğulayıb ki, İrana beynəlxalq ticarəti hədələməyə və ya Hörmüz boğazından dünya iqtisadiyyatına təzyiq vasitəsi kimi istifadə etməyə icazə verilə bilməz. O, həmçinin İran iqtisadiyyatının əsas sektorlarına maliyyə təzyiqini saxlamağın və Tehrana maliyyə dəstəyi göstərənləri məsuliyyətə cəlb etməyin vacibliyini bəyan edib.
Tərəflər qanunsuz maliyyə axınlarına qarşı mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi möhkəmləndirmək üçün ABŞ, Bəhreyn, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri və beynəlxalq tərəfdaşlar arasında sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
Məryəm Quliyeva