12:08
385
Bu il avqustun 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979.9 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Həmin dövrə bankların cəmi öhdəlikləri 53 milyard 330.2 milyon manat, balans kapitalı 7 milyard 649.7 milyon manat olub.
İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artıb.