Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq İdman

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçiriləcək. Bununla da liqa mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşacaq. İstanbuldakı ilk matçda qalib müəyyənləşməyib – 1:1.

Çempionlar Liqası

Pley-off, cavab oyunları

26 avqust

23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)

İlk oyun – 0:0.

23:00. “Selye” (Sloveniya) – “Slovan” (Slovakiya)

İlk oyun – 1:1.

23:00. “Lyon” (Fransa) – “Fənərbağça” (Türkiyə)

İlk oyun – 1:1.

23:00. “Vikinq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 2:2.