14:40
259
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinə ölkəsinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ərdoğan Qırğızıstandan qayıdarkən jurnalistlər heyətinə bildirib.
"Türkiyə regiondakı münaqişələrin dinc yolla nizamlanması ilə məşğul olur. Həm biz, həm də cənab Putin Rusiya ilə Ukrayna arasındakı müharibənin dinc yolla mümkün qədər tez başa çatacağını gözləyirik. Biz Rusiya ilə Ukrayna arasında sülh prosesinin ən qısa zamanda başlamasını və sülhün bərqərar olmasını istəyirik", — deyib.
O qeyd edib ki, Putin bu münaqişədən şad deyil. "Putin buna sevinirmi? Xeyr. O, həmçinin bunun mümkün qədər tez sülh yolu ilə bitməsini gözləyir. Biz cənab Putinə sülh üçün mümkün olan hər şeyi etməyə hazır olduğumuzu bildirdik. Bu məqsədə çatmaq üçün bütün səylərimizi əsirgəməməyə hazırıq", — deyə Ərdoğan əlavə edib.
Məryəm Quliyeva