12:54
560
Hindistanda "Mangalore Refinery and Petrochemicals Limited" neft emalı zavodunda yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qəza sentyabrın 30-da kokslaşdırma məhsullarının hidrotəmizləmə qurğusunda baş verib: yüksək təzyiqli soyuq separatorun partlaması yanğına səbəb olub. "Zərər görmüş qurğunun yerləşdiyi istehsalat sahəsi dərhal söndürülüb, vəziyyətə nəzarət etmək üçün MRPL-nin qəza-xilasetmə və yanğınsöndürmə komandaları cəlb olunub", - deyə məlumatda qeyd olunur.
Yanğın iki saat yarım ərzində söndürülüb. Bir nəfər həlak olub, xəsarət alanlar var.
MRPL Manqalurda illik layihə gücü 15 milyon ton olan neft emalı zavodudur. Zavod üç ilkin neftayırma bloku, iki hidrokreking qurğusu, iki reforminq qurğusu, eləcə də kokslaşdırma və visbreking qurğuları ilə təchiz olunub. Neft-kimya bloku paraksilol və benzol, həmçinin polipropilen (ildə 440 min ton) istehsalı ilə təmsil olunur.
Məryəm Quliyeva