Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
08:40
469
Səudiyyə Ərəbistanının aviasiya və raket qoşunları son sutka ərzində Yəmənin müxtəlif bölgələrinə 104 zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə husilərin Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Sari "X" sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, hücumlar zamanı mülki infrastrukturlar, o cümlədən paytaxt Səna, eləcə də Dhamar, Taiz, Amran, Lahic, Əl-Cauf, Marib, Saada və Hodeyda əyalətlərindəki obyektlər hədəfə alınıb. Hücumlar Xamis-Muşayt və Taif aviabazalarından havalanan "F-15" və "Typhoon" təyyarələri, həmçinin Nəcrandan açılan raket atəşləri vasitəsilə həyata keçirilib. Sari zərbələr nəticəsində həlak olan və yaralananların olduğunu qeyd edib.
"Ənsar Allah" hərəkatının nümayəndəsi əlavə edib ki, münaqişənin son gərginləşməsindən bəri Səudiyyə Ərəbistanı tərəfindən endirilən ümumi aviasiya və raket zərbələrinin sayı 2,28 mini ötüb.
Məryəm Quliyeva