“Həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir” İqtisadiyyat

“Həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir”

Azər Badamov: "Son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir"


Dünya bazarında neftin qiyməti qeyri-stabil olduğundan tez-tez dəyişir. Bir müddət öncə bahalaşan neft artıq qiymətdən düşməyə başlayıb. Hazırda dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,63 faiz azalaraq bir barelə görə 41,95 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,11 faiz ucuzlaşaraq 39,89 dollar təşkil edib. Bəs hazırki şəraitdə neftin qiymətinin düşməzi Azərbaycan iqtisadiyyatına hansı təsirini göstərə bilər?
Elspertlər hesab edirlər ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına qismən təsir etsə də onun elə bir ciddi fəsadlar törətmək imkanı yoxdur. Buna səbəb ölkə iqtisadiyyatının strukturudur ki, neftin qiymətinin düşməsi səbəbindən Neft Fonduna gələn dividentlərin azalması baş versə də belə, onun ümumilikdə iqtisadiyyata güclü təsiri mümkün deyil. Çünki müəyyən edilmiş mexanizmə görə, özəl şirkətlər neft hasilatı ilə məşğul olmur ki, onların ödənişləri nəticəsində büdcə formalaşsın. Yəni büdcədə neft hasilatçılarının ödənişləri cəmi 10 faizdən bir qədər artıqdır. Büdcəyə Neft Fondundan transferlər isə 53,5 faizdir. Deməli, neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına sarsıdıcı təsir etmək imkanına malik deyil. Digər tərəfdən, mümkündür ki, neftin qiymətinin kəskin aşağı düşəcəyi halda hökümət Neft Fondunun vəsaitlərindən müəyyən məbləği büdcəyə transfer etsin. Artıq Azərbaycan iqtisadiyyatını neft üzərində deyil, çoxşaxəli istiqamətdə inkişaf etdirir. Bu is o deməkdir ki, ölkə iqtisadiyyatının teftdən asılılığı minimuma edndirilir. Hazırda qeyri-neft sektorunun inkişafı hökumət üçün prioritet hesab olunur. Məlum olduğu kimi ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə azalması əksər ölkələrdə olduğu kimi Azərbaycanda da qeyri-neft sektoruna diqqətin artırılmasını prioritet etdi. Düzdür, hələ böhrandan neçə illər əvvəl Azərbaycan neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəltmişdi. Və ötən müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyiş müşahidə edildi. Elə bunun göstəricisi idi ki, neft böhranı Azərbaycan iqtisadiyyatına o qədər də ciddi təsir göstərmədi. Ancaq bütün halda Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdiyi kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi yenə də prioritetdir. Bunun üçünsə sahibkarlara normal şərait yaradılmalı, onların qeyri-neft sektoruna sərmayə qoyması stimullaşdırılmalıdır. Məhz bu kimi amillər Azərbaycanı tamamilə neftdən asılılıqdan tamamilə uzaqlaşdırar.
Millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır: "Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin də vurğuladığı skimi Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr olduqca təqdirəlayiqdir. Bundan başqa, ölkəmizdə sənaye mərkəzlərinin yaradılması məsələsi öz aktuallığını qoruyur. Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdə, digər bölgələrimizdə də bu komplekslərin yaradılıb inkişaf etdirilməsi ölkə başçısının diqqətindədir. Hətta bununla bağlı Neftçala rayonunda pilot layihə həyata keçirilir, Masallı rayonunda bununla bağlı hazırlıq prosesi gedir. Yəni, bölgələrin kənd təsərrüfatı ilə yanaşı sənaye potensialının da inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır". Millət vəkili onu da vurğulayıb ki, regionlarda aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir: "Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı 2014-cü il yanvarın 16-da "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir".