

15 Oktyabr 23:55
15 Oktyabr 23:52
15 Oktyabr 23:44
Ukrayna və Şimal-Avropa ölkələri yeni hərbi təşəbbüs işə salıblar
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Putin Rusiya-Venesuela sazişinin ratifikasiyasını Dumaya təqdim edib
Prezidentin xüsusi nümayəndəsi: Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir
Hindistanın baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağını açıqlayıb.
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Dostum (Modi, – red.) məni Rusiyadan neft almayacağına inandırdı. O, bunu dərhal edə bilməz; bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq", - Tramp deyib.
ABŞ lideri həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil.
“Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”, - o əlavə edib.
Tramp deyir ki, o, Çini də buna məcbur etməyə çalışacaq.
Qeyd edək ki, Hindistan və Çin hazırda Rusiyanın dəniz neftinin ən böyük alıcılarıdır. Hər iki ölkə Rusiya məhsullarının ucuzlaşmasından faydalanır.