“Daha çox qaz hasilatı, daha çox ixrac deməkdir” İqtisadiyyat

“Daha çox qaz hasilatı, daha çox ixrac deməkdir”

“Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib: “Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.